Məcburi ittifaq: MÜKTEDA SADR İRANA BOYUN ƏYDİ

Baxış sayı:
8242

İraqda parlament seçkilərinin qalibi Şiə lider Mukteda əs-Sadr, "İranı ölkənin daxili işlərinə qarışdırmama” sözündən döndü. Tehran dəstəkli Haşdi Şabinin siyasi lideri Hadi Əl Amiri ilə görüşən Sadr, ittifaq qurduqlarını bildirib.
 
İraqda 12 mayda keçirilən parlament seçkilərində qalib gələn “Sairin Koalisiyası”nın lideri, Şiə lider Mukteda əs-Sadr, seçkidə saxtakarlıq iddialarına görə, yenidən sayılacaq səsvermə bülletenlərinin oğurlanaraq yandırılması və hərəkatının bombalı hücumlarla hədəf alınmasından sonra İran dəstəkli qüvvələrlə ittifaq qurmayacağı israrından imtina etdi. Sadr, Tehran dəstəkli milis gücü Haşdi Şabinin siyasi qolu olan “Fəth Koalisiyası”nın lideri Hadi Əl Əmiri ilə razılaşdığını bəyan etdi. Bağdadda keçən həftə İshaq İbn Əl Həkim və İyad Allavi ilə də razılaşan Sadr, beləliklə Nuri Əl Malikidən başqa, bütün Şiə liderləri birləşdirmiş oldu.
 
MƏCBURİ İTTİFAQ
 
Nəcəf şəhərinin Hannanın bölgəsindəki evində Haşdi Şabinin lideri Amirini qəbul edən Sadr, “Sairin” ilə “Fəth”in məclisdəki ən böyük qrupu yaratmaq üçün ittifaq qurduqlarını bəyan edib. Toplantıdan sonra mətbuata açıqlama verən Sadr, "Fəth ilə yaratdığımız ittifaq milli uzlaşma çərçivəsindədir" - deyib.
Seçkidən sonra İran dəstəkli qüvvələrlə çalışmayacağını bəyan edən Sadrin açıqlama zamanı vəziyyətdən heç də razı qalmadığı diqqətlərdən yayınmayıb. Şiə lider həmçinin, Həkim və Allavi ilə qurduqları ittifaqın davam etdiyini vurğulayıb. Mətbuat konfransında söz alan Amiri hər kəsə qapılarının açıq olduğunu vurğulayaraq "Səslərin yenidən əllə sayılmasında da hər hansı bir çətinlik görmürük" deyə söyləyib.
 
GENERAL SÜLEYMANI DÖVRƏDƏ
 
Digər tərəfdən,” Əl Arab” xəbər saytı, İran İnqilab Mühafizəçiləri Komandanı Qasım Süleymaninin Hadi Əl Amiri və Kürd partiyaları KDP ilə KYB rəsmiləri ilə əvvəlki gün bir araya gəldiyini irəli sürüb. İranın Bağdad səfirliyində keçirilən gizli görüşdə yenidən sayılacaq bülletenlərin oğurlanarq yandırılmasından sonra ölkədə baş verməsi ehtimal edilən idarəetmədəki xaosun qarşısını almaq üçün təcili bir hökumət qurulmasının vacib olduğu bildirilib.
Müxalifət.az