Medvedyev anidən peyda oldu
28-08-2018 23:38
Baxış sayı:
4645

Rusiya Baş naziri Dmitri Medvedyev Nijni-Novqorod vilayətinin qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Qleb Nikitinlə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşlə bağlı fotoları “Rusiya-24” telekanalının rəsmi səhifəsi yayımlayıb.
Görüş baş nazirin iş otağında keçirilib.
Qeyd edək ki, Rusiya Nazirlər Kabineti 24 avqustda yaydığı məlumatda baş nazirin idman məşğələsi zamanı aldığı xəsarətdən dolayı işgüzar görüşlərdə iştirak etmədiyini bildirmişdi.
Bundan əlavə, D.Medvedyevin uzun müddət sosial şəbəkə hesablarına da daxil olmadığı deyilirdi.