Mehriban Əliyevanın yeni köməkçiləri: Emin Hüseynov və Xalid Əhədov

Ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya dünən daha iki köməkçinin təyin edilməsi barədə məlumat vermişdik. Muxalifet.az axar.az-a istinadən yeni köməkçilərdən daha biri – Emin Hüseynov haqda məlumatı təqdim edir: Emin Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranda doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcələrini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı, 2001–2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı, 2003-2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ofisində ölkə üzrə iqtisadçı, 2005-2007-ci illərdə Azərbaycan Milli Bankında Tədqiqatlar departamentinin direktoru, 2007–2008-ci illərdə Milli Bankda Tədqiqatlar və statistika departamentinin direktoru, daha sonra Mərkəzi Bankın baş iqtisadçısı, Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru, 2013–2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasının prorektoru, 2016-cı ilin yanvar ayından iyun ayına kimi ADA Universitetində prorektor olub. 2016-cı ildən yeni təyinatına qədər maliyyə nazirinin müavini vəzifəsində çalışıb. Evlidir, üç övladı var. Qeyd edək ki, E.Hüseynovla birgə I vitse-prezidentə köməkçi təyin edilən digər şəxs isə Xalid Əhədovdur. *** 28.08.2018 Xəbər verdiyimiz kimi, bu gün Emin Hüseynov və Xalid Əhədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin ediliblər. Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb. Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur. Muxalifet.az teleqraf.com-a istinadən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədovun kimliyi ilə bağlı oxuculara aşağıdakı məlumatı təqdim edir: Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub. Professional fəaliyyəti: 1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri; 2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini; 2012-ci il - Unibank - İcraedici komitənin üzvü; 2015 il - Unibank - İcraçı direktor; 12.07.2016 - “Bank Standard” - Baş direktor; 2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı; 10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinin sədri; 14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü. Qeyd olunan vəzifələrlə yanaşı, o, "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib. Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir. Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.