Meksikada dəhşət: 40 dinc sakin narkobaronların qurbanı oldu
29-07-2018 11:44
Baxış sayı:
1507

Meksikanın Qunaxuato ştatında son iki gün ərzində - iyulun 27-28-də 40 nəfər qətlə yetirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Aristegui Noticias” portalı məlumat yayıb.
Portal qeyd edir ki, iyulun 27-də 19, iyulun 28-də isə daha 21 nəfər öldürülüb.
Ölənlərin əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Xəbərin müəllifləri onların narkobaronlar arasında nüfuz müharibəsinin qurbanı olduqalırını ehtimal edirlər.
Bununla yanaşı Meksikanın digər ştatı Puebldə eyni vaxtda 6 polis əməkdaşı öldürülüb.
Ümumiyyətlə, ilin əvvəlindən indiyədək Meksikada 16 min nəfər qətlə yetirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.