“Merkel Azərbaycana 1.2 milyard kredit ayıracaq” – Cənub Qaz Dəhlizi diqqətdə
25-08-2018 11:56
Baxış sayı:
4138

Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri iqtisadi xarakterlidir.
Muxalifet.az xəbər verir ki, bu, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) bəyanatında yer alıb.
Bəyanatda bildirilir ki, Merkelin əsas hədəfi Cənub Qaz Dəhlizidir:
“Bu səfər çərçivəsində Almaniya kansleri Azərbaycanın iştirakı ilə həyata keçirilən Cənub Qaz dəhlizinə dəstək nümayiş etdirəcək. Almaniyanın bu layihə üçün Azərbaycana 1.2 milyard avro kredit ayıracağı bildirilir.
Görünən budur ki, Merkelin Azərbaycana səfəri əhəmiyyətli bir anlaşma ilə başa çatacaq”.