​Merkel: Bakıdakı danışıqlar deputatdan daha önəmlidir

Baxış sayı:
1258

Almaniya kansleri Angela Merkel deputat Albert Vaylerin Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibindən çıxarılmasına aydınlıq gətirib. 
Muxalifet.az-ın “İnterfaks-Azərbaycan”a istinadən verdiyi məlumata görə, o, Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdə almaniyalı jurnalistin sualına cavab olaraq bildirib ki, Bakıdakı danışıqlar daha önəmlidir: 
“Qərara gəldik ki, onun işini başqa deputat görəcək. Belə qərara ona görə gəldik ki, bizim üçün bu danışıqlar önəmlidir. Yalnız danışıqlar yolu ilə çətin məsələləri həll etmək mümkündür”.