Merkel Ermənistandakı çıxışında “soyqırımı” ifadəsini işlətmədi

Baxış sayı:
4045

Erməni mətbuatı qondarma, tarixi faktlara əsaslanmayan “soyqırımı” yalanı ilə, Azərbaycanın ərazi bütövlüyünün aşkar, de-fakto işğalını tərəzinin eyni gözünə qoyub

Muxalifet.az xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkelin Cənubi Qafqaz səfəri davam edir. Merkel dünən Ermənistanda olub, qondarma “soyqırımı qurbanlarına” qoyulmuş abidənin qarşısına gül dəstələri qoyub. Lakin ermənilər yenə də ondan narazı qalıblar.

Erməni “Lragir.am” saytı Merkelin səfəri barəsində belə yazıb: “Ermənistanın baş naziri Nikol Paşinyan AFR kansleri ilə birlikdə keçirdiyi mətbuat konfransında ABR kansleri Angela Merkelin İrəvana səfərinin tarixi hesab edilə bildiyini söyləyib.

Angela Merkel Almaniyada 1915-ci ildə erməni xalqına qarşı baş verən dəhşətli hadisələrin unudulmadığını söyləyib. O, (qondarma, dırnaqarası – Hurriyyet.org) erməni soyqırımı qurbanlarının xatirə kompleksi olan Sisernakaberdə baş çəkməsindən danışıb: “1915-ci ildə erməni xalqına qarşı dəhşətli hadisənin baş verdiyini dərk edirik. Bu faktı unutmaq olmaz və biz bunun unudulmaması üçün öz töfhəmizi vermişdik”.

Xatırladaq ki, 2016-cı ilin iyununda Almaniya Bundestaqı 101 il sonra (qondarma – red.) erməni soyqırımını və 20-ci əsrin əvvələrindəki faciəvi hadisələrdə Almaniyanın məsuliyyətini tanıyıb. Bu, Türkiyədə etirazlara səbəb olmuşdu. Almaniya hökuməti isə 1915-ci il hadisələrinə siyasi qiymət verməyəcəyini bildirmişdi”.

Lragir.am saytı daha sonra yazır: “Merkel Gürcüstanda Abxaziya və Cənubi Osetiya barəsində “işğal” sözünü işlətməkdən çəkindiyi kimi, Ermənistanda da “soyqırımı” kəlməsini səsləndirmədi. Belə görünür ki, Azərbaycanda da “ərazi bütövlüyü” ifadəsini işlətməkdən yayınmağa çalışacaq”.