Merkeldən Məsut Özil açıqlaması!

Almaniyanın baş kansleri Angela Merkel Türk əsilli futbolçu Məsud Özil ilə bağlı baş verən mübahisəyə toxunub.
Merkel, "Ərdoğanla çəkilən fotoşəklin doğru və ya səhv olduğu mövzusunda fərqli fikirlər ola bilər. Ancaq sonra baş verən mübahisə forması heç xoşuma gəlmədi" deyə, münasibət bildirib.
Merkel, bu barədə dəqiq bir fikrə malik olduğunu bildirərək, "İstər Özil olsun, istər başqası olsun, köçəri mənşəli biri “Mənə bu cəmiyyətdə düzgün bir şəkildə yanaşılmır” - deyirsə, bunu ən azından ciddiyə almaq və danışmaq lazımdır" deyə, söyləyib.
Türk kökənlilərlə bir görüşdə litseyə gedən hicablı bir qızın ona "Mən Friedrichstrassedə (Berlində məlum olan bir küçə) gedəndə mənim riyaziyyatdan “əla” aldığıma heç kəs inanmaz. Bunu gözlərə baxanda anlayıram" dediyini bildirən Merkel, "Bunu ciddiyə almaq lazım olduğunu düşünürəm. Mənim belə bir təcrübəm yoxdur" deyib.
Müxalifət.az