Metropolitenə yeni mətbuat xidməti TƏYİN EDİLDİ
14-06-2018 11:12
Baxış sayı:
8521

“Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
Muxalifət.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, Bəxtiyar Məmmədov şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, B.Məmmədov bundan əvvəl şöbə rəisinin müavini vəzifəsində çalışıb.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mayın 31-də öz ərizəsi ilə işdən azad edilib. B.Məmmədov həmin tarixdən bu vəzifəni icra edirdi.