Millimizin keçmiş futbolçusu Almaniyada qolla başladı
28-07-2018 21:22
Baxış sayı:
3766

Almaniya üçüncü Bundesliqasında 2018/2019 mövsümünə start verilib.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun yeni transfer olunduğu “Proyssen” ilk turda “Fortuna”nın qonağı olub.Matç Münster təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətində meydana daxil olan R.Dadaşov 43-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 73 dəqiqədə Martin Kobilyanski ilə əvəzlənib.