Misirdə pişik mumiyaları aşkarlandı - Foto
11-11-2018 23:21
Baxış sayı:
1675

Misirdə aparılan qazıntılar zamanı böcəklərin və pişiklərin nadir mumiyaları aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, Sakkarada aparılan qazıntılar zamanı arxeoloqlar ümumilikdə 7 sərdabə tapıblar. Aşkarlanan mumiyaların bəziləri yaxşı vəziyyətdə qalıb.
Mumiyalardan əlavə arxeoloqlar qızıl suyuna salınmış 100 pişik heykəli və sair əşyalar tapıblar.
Qeyd olunur ki, qazıntıların son mərhələsinə aprel ayında start verilib.