​Misirdə turistlərin sirli ölümü: 300 nəfər təxliyə edildi

Baxış sayı:
4498

Misirdə Qırmızı dəniz sahillərində yerləşən turizm bölgələrindən birində ardıcıl 2 ingilis turistin dünyasını dəyişməsi ərazidəki digər turistlərin təxliyəsi ilə nəticələnib.
Muxalifet.az xəbər verir ki, bu barədə təxliyəni həyata keçirən “Tomas Kuk” turizm şirkəti rəsmi açıqlama verib.
Hurqa bölgəsindəki “Steigenberger Aqua Magic” otelində qalan digər müştərilərin də səhhəti pisləşib. Bundan sonra şirkət 300-ə yaxın turisti təxliyə edib. Oteldən ayrılan turistlərə başqa oteldə yerləşdirilmək və ya vətənlərinə geri göndərilmək təklif edilib.