“MKİ Qaşıqçının qətl əmrinin şahzadə bin Salmanın verdiyinə əmindir”

Baxış sayı:
5719

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürüldüyü əməliyyata Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən "yaşıl işıq" yandırıldığına tam əmin olduğu bildirilib.
 
CNN-in ABŞ mənbələrə əsaslandırdığı xəbərində, MKİ-nin Qaşıqçı cinayətində Məhəmməd ibn Salmanın roluna münasibətdə "yüksək inanca" malik olduğu qeyd olunub.
Keçmiş Milli Kəşfiyyat direktoru Ceyms Clapper CNN-ə verdiyi açıqlamada, "Kəşfiyyat icması bir dəlillərə, bir dəyərləndirməyə “yüksək inam” duyduğunda buna inana bilərsiniz. Məhəmməd ibn Salmanın Camal Qaşıqçı-dan qurtulmaq üçün birbaşa göstəriş verdiyini əks etdirən bir video olmasa da, çoxsaylı mənbədən gələn dəlillər o qədər inandırıcıdır ki, dəlillərə yüksək inam yaranmasına səbəb oldular", - deyib.
Clapper, özü və həmkarlarının Rusların ABŞ-da 2016-da prezident seçkisinə müdaxilə etdiyini "yüksək inam"la dəyərləndirdiklərini xatırladaraq, bunun "konkret dəlil” və ya “qəti nəticəyə" yaxın bir terminologiya olduğunu qeyd edib.
Kəşfiyyat təşkilatının keçmiş Rusiya əməliyyatları üzrə kuratoru Stiv Hall da vəliəhd şahzadənin "Bəli, Qaşıqçını öldürün" dediyi səsyazması olsa belə, bunun analitik bir fakt daşıyacağını bildirərək, "MKİ və ya NSA, ya da hər hansı bir kəşfiyyat təşkilatının DNT növündən bir sübutla gəlməsi lazım olduğu fikrinin xətalı bir fərziyyə olduğunu həm siyasətçilər, həm də kəşfiyyatçılar bilir", - deyə söyləyib.
MKİ direktoru Gina Haspel, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti haqqında bu gün ABŞ Senatını məlumatlandıracaq.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair səsyazmasına qulaq asmadığını, ancaq səsyazmanın tərcüməsini oxuduğunu, ABŞ rəhbərliyinin dəyərləndirməsində bir dəyişiklik olmadığını və cinayətin kimin tərəfindən işləndiyinə dair hələ əllərində dəqiq bir nəticə olmadığını irəli sürmüşdü.

Müxalifət.az