MMC direktoru cərimələndi - QANUN POZUNTUSU

Baxış sayı:
4471

Nərimanov rayonunda fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifət.az-a verilən məlumata görə, fakt araşdırılıb və havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.