Məmmədyarov yeni səfiri qəbul etdi
28-08-2018 19:44
Baxış sayı:
3976

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çərşənbə axşamı Gürcüstanın Bakıya yeni təyin olunmuş səfiri Zurab Pataradzeni qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu haqda yerli mətbuata Gürcüstan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat verib.
“Zurab Pataradze Elmar Məmmədyarova etimadnamələrin surətini təqdim edib. Səfir Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişafı üçün çalışacağını bəyan edib”, - xəbərdə deyilir.
Görüş əsnasında Azərbaycan və Gürcüstan arasında əməkdaşlğın perspektivləri müzakirə olunub, həmçinin enerji və nəqliyyat sferalarında regional layihələr barədə də fikir mübadiləsi aparılıb.
Muxalifet.az