Moskvada iki Azərbaycan vətəndaşı yaralandı – TAKSİ ÇIRPILDI...
17-06-2018 13:09
Baxış sayı:
1756

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.
RİA “Novosti” xəbər verir ki, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.
əlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.
İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.