Müxalif partiyaya PKK ilə anlaşdığı haqda ŞOK İTTİHAM

Türkiyədə seçkilər zamanı CHP-nin hər bələdiyyədən bir kürsünü HDP-yə verdiyi bildirilir.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, iyunun 24-də “Hər evdən 1 səs HDP-yə” deyərək bu partiyanın üzvlərinin parlamentə yerləşdirilməsinə vəsilə olan Kamal Kılıçdaroğlunun HDP və İP ilə əldə elədiyi razılaşmanın detalları bəlli olub. İstanbul və Ankara kimi böyük şəhərlərdə CHP-ni dəstəkləyəcək 2 partiyaya sədr müavinləri və məclis üzvləri olmaq üçün imtiyazlar veriləcək.
CHP ilə İP arasında aşkar şəkildə, HDP ilə isə bağlı qapılar arxasında aparılan ittifaq görüşlərinin detalları aşkara çıxmağa başlayıb. Bu anlaşmaya görə, PKK terror təşkilatının siyasi qolu olan HDP-nin seçicisi Cumhur İttifaqına (AKP ilə MHP arasındakı alyans) qarşı İstanbul, Ankara və İzmirdə tərəddüdsüz şəkildə CHP-nin namizədini dəstəkləyəcəkdir. CHP-nin prioriteti isə bu səbəblə HDP üzvlərindən öz namizədi üçün səs ala bilməkdir.
Qəndilə söz haqqı
HDP-nin CHP-ni dəstəkləməsinin əsas səbəbi R.T.Ərdoğana qarşı düşmənlik və prezident üsul-idarəsi sistemi olsa da, pərdə arxasında başqa bazarlıqlar edilir. Türkiyə mətbuatına sızan məlumatlara görə, 24 iyun seçkilərində terror təşkilatının tərəfdarlarını Məclisə yerləşdirən CHP-nin PKK partiyasına etdiyi təklif “ittifaqla qazanılan hər bələdyyədən bir sədr müavinliyi və Məclis üzvlüyü imtiyazı”dır. Plan həyata keçəcəyi təqdirdə, İstanbulda və paytaxt Ankarada terror yuvası Qəndilin nümayəndələri oturacaqdır.