​Ən çox müzakirə olunan qapıçı Türkiyə nəhəngində - Foto

Baxış sayı:
3658

İstanbulun “Beşiktaş” klubu “Liverpul”un qapıçısı Loris Kariusu transfer edib.
Muxalifet.az xəbər verir ki, klub bu gün transferin rəsmiləşdiyini açıqlayıb.
Almaniyalı qapıçı iki illik icarə əsasında "ağ-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Loris Karius bu il Çempionlar Liqasının finalında "Real Madrid"lə qarşılaşmada yol verdiyi səhvlərlə yadda qalsa da, əksər futbol mütəxəssisləri onun yüksək keyfiyyətli qapıçı olduğunu bildirirlər.