NATO-dan bəyanat: Rusiya və ABŞ müzakirəsi vacibdir
27-11-2018 22:32
Baxış sayı:
6109

Rusiya və ABŞ Orta və Yaxın Mənzilli Raketlərin ləğvi razılaşması ilə bağlı müzakirələrə başlamalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri NATO baş katibinin köməkçisi Rouz Hötemüller deyib.
“Mən Rusiyanın bu müqavilə ilə bağlı dialoqa başlamasını məmnuniyyətlə qarşılayardım”, - deyə Hötemüller bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin 1987-ci ildə imzalanmış bu müqavilədən çıxacağını bəyan etmişdi.