Neft qiymətində inanılmaz ucuzlaşma
23-11-2018 23:23
Baxış sayı:
3550

Bu gün birjalarda neftin kəskin ucuzlaşması müşahidə edilib.
Muxalifet.az xəbər verir ki, “Brent” markalı neft 4 dollarda yaxın ucuzlaşıb və barreli 58,75 dollara düşüb.
VTİ markalı neft isə daha çox – 4,5 dollar civarında qiymətdən düşüb və hazırda 50,31 dollar/barrelə satılır.
Qeyd edək ki, bu, son bir ilə yaxın müddətdə ən aşağı göstəricidir.