“Neft qiymətlərinin YÜKSƏK OLMASINDA OPEC GÜNAHKARDIR” - TRAMP

Baxış sayı:
8275

ABŞ prezidenti Donald Tramp, neft qiymətlərinin yüksək olmasından Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEK) məsul tutub.
 
Tramp, sosial paylaşma saytı Twitter-də etdiyi açıqlamada, neft qiymətlərinin çox yüksək olmasına etiraz edib.
“Neft qiymətləri çox yüksəkdir, arxasında yenə OPEK var, bu yaxşı deyil" deyən Tramp, aprel ayında da OPEC-i neft qiymətlərini süni olaraq yüksəltməklə ittiham etmişdi.
Qeyd edək ki, OPEK, neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsindən sonra 2016-nın noyabrında istehsalı azaltma qərarı almışdı. Bir neçə dəfə uzadılan istehsalı azaltma müqaviləsi, bu ilin sonuna qədər davam edəcək.
Müxalifət.az