“Neftin qiyməti 40 dollara düşə bilər” – RƏSUL QULİYEV

“ABŞ neftin qiymətini aşağı salmaq strategiyasını qəbul etsə... Rusiya Federasiyasının hərbi imkanları düşəcək, əvəzində Çin güclənəcək”
“İran neftinin exportuna sanksiya qoyulmasına baxmayaraq (İran gündə 2milyon 500 min barelə yaxın neft export edirdi) neftin barelinin qiyməti böyük sürətlə düşür. Bu proses ABŞ-ın neft istehsalını artırması ilə əlaqədardır”.
Muxalifet.az xəbər verir ki, bu haqda eks-spiker Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb.
O, hesab edir ki, ABŞ neftin qiymətini aşağı salmaq strategiyasını qəbul etsə, bu qiymət 40 dollara düşə bilər: “Ancaq ən çox neft import edən Çinin ucuz neft alması ölkədə bir neçə 100 milyard dolların artması ilə qurtaracaq və Çin bu vəsaiti hərbi sənayesinin inkişafına sərf edə bilər. Ona görə də bu çox mürəkkəb vəziyyət dərin analiz və düzgün qərar qəbul etmək tələb edir. Rusiya Federasiyasının hərbi imkanları düşəcək, əvəzində Çin güclənəcək. Birinci ABŞ-ın xeyrinədir, ikinci ziyanına. Hansı strategiya daha düzgündür? Bunu bilmək üçün çox mürəkkəb ali riyaziyyat və super kompyuterdən istifadə etmək lazımdır”.
Muxalifet.az