Neftin qiyməti 59 dollardan da aşağı düşdü
24-11-2018 18:19
Baxış sayı:
7675

Cümə günü London birjasında hərrac zamanı Brent markalı neftin bir barrelinin qiyməti 59 dollardan aşağı düşüb.
Bloomberg-in məlumatına görə, qiymətlər 2018-ci il oktyabrın birinci yarısında kəskin şəkildə düşməyə başlayıb.
Hələ oktyabrın əvvəllərində Brent-in bir barelinin dəyəri 82 dollardan, WTI markalı neftin qiyməti isə 73 dollardan yuxarı çıxmışdı.