Nurməhəmmədovun növbəti döyüşünün tarixi BƏLLİ OLDU
26-11-2019 12:58
Baxış sayı:
14224

“Qartal 18 apreldə Bruklin torpaqlarına enəcək”.
Muxalifet.az xəbər verir ki, bu sözləri qarışıq idman növləri üzrə çıxış edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz öz rəsmi “Twitter” səhifəsində yazıb. Bununla da o, məşhur idmançının növbəti döyüşünün tarixini açıqlayıb: “Buraya gedirik. Çempion Toni Ferqusona qarşı döyüş müqaviləsini imzaladı və aprelin 18-də qartal, növbəti dəfə Bruklin torpaqlarına enəcək. Açıqlama azarkeşlər üçündür”.
Qeyd edək ki, Əli Əbdüləzizin məkan olaraq açıqladığı Bruklin ABŞ-ın Nyu-York şəhərinin bölgələrindən biridir.