Obamadan gizlədilən razılaşma ortaya çıxdı - DETALLAR

Baxış sayı:
4609

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail səlahiyyətliləri Cənubi Kiprdə İranın bölgədəki təsirinə qarşı mübarizə məqsədilə gizli görüş keçiriblər.
 
Bu iddia ilə ABŞ-ın “New Yorker” jurnalı çıxış edib.
Xəbərə görə, Amerikanın kəşfiyyat xidmətləri 2016-cı ildə BƏƏ və İsrailin yüksək səviyyəli səlahiyyətlilərinin Kiprdə gizli bir görüşü barədə məlumat əldə ediblər. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya İrana qarşı aparılan gizli danışıqlarla bağlı heç vaxt məlumat verilməyib.
Ötən il mayın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu ilə Birləşmiş Ərəb Əmirliklərinin diplomatlarından biri arasında görüş keçirilib. Bu görüş barədə məlumat bu ilin martında yayılıb.
“Assoşieyted Press” agentliyinin xəbərinə görə, Netanyahu iki ay əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda BƏƏ-nin bu ölkədəki səfiri Yusuf əl-Atibe ilə görüşüb.
İsrail ilə BƏƏ arasındakı rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, hər iki ölkə İranın bölgədəki təsirinə qarşı çıxır.