Öldüyü deyilən İŞİD lideri danışdı - ABŞ-I LAĞA QOYDU

Baxış sayı:
1711

Bir müddət əvvəl rəsmi qurumlar tərəfindən öldüyü deyilən İŞİD lideri Əbu Bəkir Əl Bağdadinin yeni səs yazısı yayılıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, səs yazısında İŞİD lidderi Türkiyə-Amerika münasibətlərindən də danışıb.

Çıxışında İŞİD lideri təşkilat üzvlərini cihada çağırıb, eyni zamanda müxtəlif mövzularla bağlı açıqlamalar verib.

Səs yazısında rahib Brunsona görə Türkiyə ilə münasibətlərini pozan ABŞ-ı lağa qoyan Bağdadi iki ölkə arasında yaşanan gərginlikdən danışıb.

Bağdadi Türkiyənin Brunsonu sərbəst buraxmamasının ABŞ-ın zəifliyini göstərdiyini bildirib.

"Röyters" xəbər agentliyinin məlumatına görə səs yazısının İŞİD liderinə aid olub-olmaması istiqamətində araşdırma aparılır. Bağdadinin sonuncu səs yazısı 2017-ci ilin sentyabrında yayılıb.