Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Baxış sayı:
2884

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 9 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb. Muxalifet.az