​Paşayeva bayramı ön cəbhə kəndlərində keçirdi - Foto

Baxış sayı:
1120

Millət vəkili Qənirə Paşayeva Qurban bayramını Tovuzda ön cəbhə kəndlərində sakinlərlə birgə keçirib.
Muxalifet.az xəbər verir ki, millət vəkili sakinlərlə görüşlər zamanı Qurban bayramının bir yardımlaşma, paylaşma, dəstək bayramı olduğunu vurğulayaraq, onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Qurban bayramı münasibətilə sakinləri öz hədiyyələri ilə təbrik edən Qənirə Paşayeva ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb.
Millət vəkili ön cəbhə kəndlərinə səfər zamanı sakinləri dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.
Sakinlərlə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.
Millət vəkili bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb.
Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.