Pekin ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək
23-08-2018 10:15
Baxış sayı:
1516

Pekin Çin mallarına yeni rüsumların tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.
“Amerika tərəfi avqustun 23-də16 milyard dollarlıq Çin mallarına əlavə 25 faizlik rüsumu tətbiq etdi. Bu, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin aşkar pozulmasıdır”, - mətndə deyilir.