​PKK-dan Türkiyə müxalifətinə dəstək

Baxış sayı:
1588

24 İyun prezident seçkiləri öncəsi PKK tərəfdarları Türkiyə müxalifətinə dəstək verib.
Muxalifet.az xəbər verir ki, terrorçular İngiltərədə London körpüsünün üzərində “Tamam” yazılan plakat və YPG bayrağı asıblar.
İngiltərə polisi YPG tərəfdarlarına heç bir müdaxilə etməyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə açıqlamasında “millətimiz “tamam” desə, o zaman kənara çəkilərik” demişdi. Türkiyə prezidentinin bu açıqlamasından sonra bəzi sosial şəbəkə istifadəçiləri Tvitterdə tamam "həştəq"i ilə Ərdoğan əleyhinə kampaniya başlatmışdı.