PKK liderlərindən biri saxlanıldı

Baxış sayı:
4309

PKK terror təşkilatının Fransanın Marsiliya şəhərindəki Demokratik Cəmiyyət Mərkəzinin idarəçilərindən olduğu iddia edilən Yılmaz. A.Hamzabeyli sərhəd keçid məntəqəsində saxlanılıb.

Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, MİT-in Ədirnə Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında hərəkətə keçib.

Y.A.Hamzabeyli Bolqarıstana keçmək istəyərkən saxlanılıb. O, tibbi müayinədən keçəndən sonra Ədirnə polisinə təhvil verilib.

Araşdırma zamanı Y.A-nın terrordan axtarılanlar siyahısında qırmızı kateqoriyada olan Ramazan.A-nın qardaşı olduğu öyrənilib.