PKK-ya 24 saat vaxt verildi! BÖLGƏNİ TƏRK EDİN

Baxış sayı:
6274

İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK-ya aid ofislərin ətrafı Kürdüstan Yurdsevərlər Birliyi (KYB) gücləri tərəfindən mühasirəyə alınıb. KYB gücləri, PKK-lılara şəhəri dərhal tərk etməsi çağırışı edib və 24 saat möhlət verib.
 
Terror təşkilatı PKK-nın İraqın Kürd bölgəsindəki siyasi qolu olan “Tevgera Azadi” hərəkatının həmsədri Şilan Şakir də, Süleymaniyyə polisindən onlara ofisləri bağlamaq tələbinin gəldiyini təsdiqləyib.
 

 Şilan Şakir.
 
“Basnews”-da yer alan xəbərə görə, “Tevgari Azadi”-nin həmsədr müavini Dara Hüseyn də, məsələni təsdiqləyərək, ofislərini bağlamayacaqlarını bildirib.
Qeyd edək ki, Türkiyə PKK-nın, KYB (Tələbani) bölgəsindəki fəaliyyətlərindən duyduğu narahatlığı son zamanlar tez-tez dilə gətirirdi.
Müxalifət.az