PKK-ya verilən möhlət bu gün bitir - TƏLƏB YERİNƏ YETİRİLMƏSƏ...

Baxış sayı:
4858

İraq Kürd Regional Rəhbərliyinin (IKBY) qeyri-qanuni siyasi partiyalara ofislərini boşaltmaları üçün verdiyi müddət bu gün bitir. Bu qərar terror təşkilatı PKK-nın siyasi qolu “Tevgera Azadi”-ni də əhatə edir. Təhlükəsizlik güclərinin partiya qapısına bu gün qıfıl vurmaq üçün bina ətrafında gözlədiyi bildirilir. İKBY-dəki yerli media xəbərlərinə görə, Süleymaniyyə hüquq-mühafizə orqanları dünən “Tevgera Azadi”-nin binasını basıb, partiyanın Daxili İşlər Nazirliyindən alınan hər hansı bir fəaliyyət icazəsi olmadığını bildirərək, qapılarına 24 saat ərzində kilid vurulacağını bildirib. Xəbərlərdə, təhlükəsizlik güclərinin partiya qapısına bu gün qıfıl vurmaq üçün bina ətrafında gözlədiyi bildirilir. Partiyanın qapadılıb-qapadılmayacağı regionda maraq mövzusudur. “Tevgera Azadi”-nin həmsədrlərindən Dara Hüseyn dünən baş verən hadisədən sonra jurnalistlərə verdiyi açıqlamada partiya binasını azad etməyəcəklərini, bu qərarın arxasında partiyalarının bölgədən uzaqlaşdırılmasının yer aldığını bildirmişdi. İraqda 12 mayda keçirilən parlament seçkilərində Yeni Nəsil Hərəkatı ilə seçkiyə qatılan “Tevgera Azadi”-nin İraq məclisində yalnız 1 deputatı var. Partiyanın İKBY parlamentində isə millət vəkili yoxdur. Müxalifət.az