PKK\YPG təlaşda: “ABŞ bizə təminat vermədi, döyüşçülərimiz hücuma davam gətirə bilməz”

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə qarşı əməliyyat başlayacağı açıqlamasından sonra bölgədə olan terrorçuları təlaş bürüyüb.
Terror təşkilatı YPG/PKK-nın qurduğu sözdə Suriya Demokratik Məclisinin həmsədri Riyad Dirar yerli mətbuata verdiyi açıqlamada, "ABŞ bizə təminat vermir. Döyüşçülərimiz böyük bir hücuma qarşı dirənə bilməz. Əsəd rejiminin yardım etməsi lazımdır" deyib.
Türkiyənin Afrinə qarşı təmizləmə əməliyyatında da Əsəd rejiminin səssiz qaldığını ifadə edən terrorçu Dirar, Fəratın şərqində də eyni ssenari ilə üzləşdiklərini söyləyib.
ƏSƏD HAVA MÜDAFİƏ SİSTEMLƏRİNİ GƏTİRMƏLİ
Əməliyyatdan əvvəl ard-arda bəyanatlar edən terror təşkilatının sözdə lideri Riyad, “Əsəd rejimi ilə aramızda böyük problemlər var. Ancaq onun ölkəsini qoruması lazımdır. Məhz buna görə, hava müdafiə sistemlərini Fəratın şərqinə gətirməsi lazımdır" deyib.
ƏMƏLİYYATDAN ƏVVƏL MÜHÜM GÖRÜŞ
Dünən axşam saatlarında prezident Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə Suriya məsələsini müzakirə edib.
Görüşdə ikitərəfli məsələlərlə yanaşı, təhlükəsizlik və terrorla mübarizə məsələləri başda olmaqla, Suriyada baş verən son proseslər dəyərləndirilib.
Prezident Ərdoğan ABŞ prezidenti Trampa Türkiyənin PKK/PYD/YPG terror təşkilatının varlığı və fəaliyyətlərindən irəli gələn qanuni təhlükəsizlik narahatçılığını bildirib.
İki lider Suriya kontekstində daha səmərəli koordinasiya edilməsi məsələsində razılığa gəlib.
Müxalifət.az