Polis rəisi QƏTLƏ YETİRİLDİ

Baxış sayı:
1957

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib.

Muxalifət.az xəbər verir ki, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir. O, soyuq silahla öldürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Qətli törədən şəxs artıq saxlanılıb. (APA)