Polisin axtardığı erməni general MOSKVADA ORTAYA ÇIXDI

Baxış sayı:
8422

Ermənistanın axtarışda olan keçmiş müdafiə naziri Mikayıl Arutyunyan Moskvada gizlənir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları Arutyunyan haqqında məlumatlı olsalar da onu Rusiya vətəndaşı olduğu üçün həbs edə bilmirlər.
Qeyd edək ki, Arutyunyan bundan öncə 1 mart qırğınlarında günahkar bilinib və qiyabi olaraq həbsə məhkum edilib. Sonradan rəsmi İrəvan Arutyunyanı beynəlxalq axtarışa verib.