Polislər qaçırılan 15 yaşlı qızı tapdı
13-12-2018 18:30
Baxış sayı:
5782

Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cu il təvəllüdlü Ş.H-nın və onu qaçıran Habil İsmayılovun yeri müəyyən edilib. 15 yaşlı qız ailəsinə təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, 15 yaşlı qız evlənmək məqsədi ilə könüllü olaraq qoşulub qaçıb. Bu səbəbdən cinayət işi başlanmayıb. Hər iki şəxsdən izahat alınaraq sərbəst buraxılıb.