Poroşenko çıxış etdi, 2 əsgər huşunu itirdi - Video
24-08-2018 18:32
Baxış sayı:
1333

Ukrayna prezidenti Petro Poroşenkonun Kiyevdə çıxışı zamanı fəxri qarovulun əsgəri huşunu itirib.
Muxalifet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əsgərə dərhal yardım göstərilib və o, ərazidən uzaqlaşdırılıb. Bundan bir neçə dəqiqə sonra daha bir əsgər huşunu itirib.
Hadisə Ukraynanın Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradda yaşanıb.
Qeyd edək ki, bu, Poroşenkonun çıxışı zamanı baş verən ilk oxşar olay deyil.