Poroşenko ƏRDOĞANDAN YARDIM İSTƏDİ

Baxış sayı:
6919

Ukrayna prezidenti Pyotr Poroşenkonun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynalı girovların azad edilməsi məsələsində yardımçı olmaq çağırışı etdiyi bildirilib.
 
Ukrayna Prezident Ofisinin açıqlamasında Poroşenkonun Türkiyə səfəri zamanı görüşdüyü Ərdoğan ilə iki ölkə arasındakı əməkdaşlığı və beynəlxalq gündəmi dəyərləndirdiyi bildirilib.
 
ƏRDOĞANDAN KÖMƏK İSTƏDİ
 
Ukrayna rəhbərliyi internet saytından edilən açıqlamada, "Poroşenko Ukraynanın ərazi bütövlüyünə dəstək və Krım Tatarlarının hüquqlarının qorunması ilə bağlı dəyişməz mövqeyi səbəbilə Ərdoğana təşəkkür edib. Ukrayna prezidenti həmçinin Türkiyə prezidentinə, Ukraynalı əsirlərin azad edilməsi üçün çağırış edib” deyə, bildirilib.
Ukrayna son 4 ildir ki, ölkənin şərqində Rusiya tərəfdarı separatçılarla mübarizə edir və Ukraynalı separatçıların əlində çoxlu girov var.
Müxalifət.az