“Putin dollara zərbə vurdu” - ABŞ MƏTBUATI

Muxalifet.az xəbər verir ki, Rusiyanın qlobal ticarətdə dolların hegemoniyasına zərbə vuran ölkələr arasında olduğu və bu sahədə ilk uğurlu nəticələri əldə eləməyə başladığı bildirildi.
Wall Street Journal (WSJ) nəşrinin xəbərinə görə, özəl şəxslərin və şirkətlərin Rusiya banklarında olan valyuta investisiyaları sentyabr ayında 26 faiz azalıb.
Rusiyanın dollar bazarındakı ixracat gəlirlərinin payı da 2013-cü ildəki 80 faiz səviyyəsindən, 2018-ci ilin ikinci rübündə 68 faizə yüksəlib.
WSJ nəşrinin yazdığına görə, dollardan asılılığın azaldığını göstərən başqa bir məlumat Rusiya ilə Çin arasında sürətlə inkişaf edən ticarətdir. İki ölkənin rubl və yuan bazasında apardığı ikitərəfli ticarət son 4 ildə təqribən 4 qat artıb.
Qəzet Rusiya prezidenti Vladimir Putin ilə Rusiya Mərkəzi Bankının dəstəklədiyi dollardan vaz keçmək planının maliyyə sistemini hədəf alacaq mümkün Qərb investisiyalarının təsirini azaltmaq məqsədi daşıdığını da vurğulayıb.
Putindən Kostinin planına dəstək
ABŞ-ın sanksiya siyasəti səbəbindən son dövrdə ciddi şəkildə müzakirə edilən milli valyutalarla ticarət məsələsini dəyərləndirən Andrey Kostin Vaşinqtonun mövcud mövqeyində qalacağı təqdirdə milli valyuta ticarətinə keçidin qaçılmaz olacağını vurğulamış və bu çərçivədə 4 addımlı plan təklif eləmişdi. Rusiya prezidenti V.Putinin Kostinin planını dəstəklədiyi bildirilmişdi.