Putin Krımdadır
23-11-2018 15:10
Baxış sayı:
3031

Rusiya prezidenti Vladimir Putin bu gün Dövlət Şurasının Rəyasət Heyətinin iclasının keçiriləcəyi Krıma səfərə gəlib. Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün prezident Krımdadır, o artıq gəlib”, - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Dövlət Şurasının Rəyasət Heyətinin iclası müzakirə formatında keçiriləcək.
Peskov əlavə edib ki, bundan sonra Putin, çox güman ki, Krımda qalacaq və hökumət üzvləri ilə, baş nazirin müavinləri və prezident administrasiyasının rəhbərliyi ilə görüşlər keçirəcək.