Putin müsəlmanları TƏBRİK ETDİ
15-06-2018 12:30
Baxış sayı:
1423

Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Muxalifət.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu bayramın bütün ölkə ərazisində geniş formada qeyd olunduğunu bildirib.
"Uzun illər müsəlman təşkilatlarının ölkə və cəmiyyət həyatında aktiv şəkildə iştirakı, ailə istitutları və dəyərlərinin qorunmasında göstərdiyi xidmətlər hörmətə layiqdir. Gənclərin əcdadlarının adət-ənənəsinə qoşuması əhəmiyyətlidir" - deyə dövlət başçısı qeyd edib.
Baş nazir Dmitri Medvedyev də bayram təbriki ünvanlayıb.