Putin Paşinyanı İlham Əliyevlə tanış etdi
15-06-2018 08:53
Baxış sayı:
1615

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.
Bunu Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib:
“Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil etdi. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi. Rusiya prezidenti bizi tanış etdi. Bu, sadəcə, tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmadı”.