Putin qadın məhbusları da müharibəyə göndərir / FOTOLAR
14-03-2023 14:22
Baxış sayı:
1611

Rusiya Prezidenti Vladimir Putin rus ordusunun döyüş meydanında üzləşdiyi ağır itkiləri kompensasiya etmək üçün qadın məhbusları cəbhəyə göndərmək qərarına gəlib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Putin müharibədəki canlı qüvvə sayını artırmaq üçün alternativ mənbələrə baş vurub.
“Ötən həftə Rusiyadakı məhbusların Donetsk bölgəsinə daşınması üçün qatar ayırıb. Həmin qatarın vaqonlarından biri xüsusi olaraq qadın məhkumlar üçün nəzərdə tutulub” - deyə, qeyd olunub.
Rusiyanın “Barmaqlıqlar Arxasında” Fondunun əməkdaşı Olqa Romanova hesab edir ki, Ukraynaya 100-ə yaxın qadın məhbus göndərilib.