​Putin Si Szinpinlə görüşəcək

Baxış sayı:
7243

Rusiya Prezidenti Vladimir Putin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində Çin lideri Si Szinpinlə görüşəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Yur Trutnev deyib.
Bir müddət əvvəl də Vladimir Putin Si Szinpini sentyabrda Vladivostokda gözlədiyini bildirmişdi.
Qeyd edək ki, IV Şərq İqtisadi Forumu 12-13 sentyabrda Vladivostokda keçiriləcək.