Putin Trampın impiçmentinə münasibət bildirdi

Baxış sayı:
2704

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında amerikalı həmkarı Donald Trampın impiçmenti məsələsinə münasibət bildirib.
Muxalifet.az yerli KİV-ə istinadən məlumat verir ki, Putin Trampın prezidentliyinin başa çatacağına inanmadığını deyib.
Onun sözlərinə görə, bu, daxili siyasi mübarizənin davamıdır.
ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına da toxunan Putin Moskvanın buna əks cavab verəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iki maddə üzrə impiçment edilməsinə səs verib.
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada Beynəlxalq Ticarət Mərkəzində ənənəvi böyük mətbuat konfransını keçirəcək.
“İnterfaks” xəbər verir ki, bu, Putinin 2001-ci ildən keçirdiyi 15-ci konfrans olacaq.
Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı buna əvvəlcədən hazırlaşmağa başlayıb: “Prezident bunun üçün nazirlər, Baş Nazir müavinləri, federal qurumların rəhbərləri ilə danışaraq ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı bütün məlumatları yeniləyib”.
Qeyd edək ki, Putinin sonuncu konfransı akkreditə olunmuş jurnalistlərin sayına görə (1895 nəfər) rekord vurub. Ötən il Beynəlxalq Ticarət Mərkəzində 1702 jurnalist toplanıb.
Mətbuat nümayəndələrinin ən çoxunu regional media təmsil edəcək. Siyahıda bir çox federal və xarici medianın nümayəndələri də var.
Muxalifet.az