Putinin ən böyük rəqibi saxlanıldı
25-08-2018 21:26
Baxış sayı:
4687

Rusiyalı müxalif lider Aleksey Navalnı polis tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış sosial şəbəkələrdə məlumat yayıb.
O, Rusiya polisinin Navalnını Moskvadakı evinin önündən apardığını bildirib.
Qeyd edək ki, bundan əvvəl A.Navalnı Rusiyada təqaüd yaş həddinin artırılması barədə qanun layihəsinə etiraz etmək üçün xalqı sentyabrın 9-da xalqı küçələrə çıxmağa çağırmışdı.