Putinlə Zelenski Parisdə təkbətək görüşəcəklər?
27-11-2019 12:11
Baxış sayı:
12523

“Kommersant” qəzeti “Normand sammiti” çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Vladimir Zelenskinin ayrıca ikitərəfli görüş keçirəcəklərini bildirib.
Nəşrin məlumatına görə, Parisdə “Normand dördlüyü” formatında keçiriləcək danışıqlardan sonra dekabrın 9-da dövlət başçıları ikilikdə danışıq apacaqlar. Nəşrə məlumat verən mənbə təkbətək görüşün keçirilmə ehtimalının demək olar ki, 100% olduğunu qeyd edib. Həmçinin, Zelenskinin Moskvaya, faşizm üzərində qələbənin 75 illik bayram tədbirinə dəvət ediləcəyi də iddia edilir.
Normandiya dördlüyü — yüksək səviyyəli dörd ölkə nümayəndələrinin – Almaniya, Rusiya, Ukrayna və Fransanın birgə qrupudur.