Qaşıkçının WhatsApp yazışmaları... – BUNA GÖRƏ ÖLDÜRÜLDÜMÜ?

2017-ci ildən bu yana Qaşıqçı ilə ünsiyyətdə olan Əbdüləziz, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Qaşıqçı ilə apardığı səsyazması, foto və videoların olduğu 400-dən çox Whatsapp mesajını CNN ilə paylaşıb.
Əbdüləzizin Qaşıqçı ilə 2018-ci ilin avqust ayına qədər Whatsapp üzərindən danışdığını, ancaq telefonunun təqib edildiyini fərq edəndən sonra daha etibarlı yollarla əlaqələrini davam etdirdikləri qeyd olunub.
Toronto Universitetinə bağlı “Citizen Lab” adlı təşkilatın telefonunun “hackləndiyini” ortaya çıxarmasından sonra Əbdüləzizin Qaşıqçı ilə olan əlaqəsi haqqında danışmağa qərar verdiyinə işarə edilən xəbərdə, sözügedən proqramın İsrailli NSO firması tərəfindən yaradıldığının aşkar edildiyi və Əbdüləzizin bu firmanı məhkəməyə verdiyi qeyd edilib.
CNN-ə görə, sözügedən yazışmalardan Qaşıqçı-nın Səudiyyə şahzadəsinin şıltaqlıqlarına görə narahat olduğu görünür.
Əbdüləziz ilə Qaşıqçı arasında may ayında keçən bir danışıqda, bir qrup Səudiyyəli aktivistin öz ölkəsində həbs olunmasından sonra Qaşıqçı-nın vəliəhd şahzadə haqqında, "Nə qədər çox qurbanını yeyərsə, daha artığını istəyən bir əjdaha kimidir. Bu zülm, özünə dəstək verən şəxslərə belə olsa, təəccüblənmərəm" yazdığı görünür.
Qaşıqçı-nın başqa bir yazışmasında da vəliəhd şahzadədən, "Gücə, təzyiqə vurğundur və bunları göstərməsi lazımdır. Ancaq zorakılığın bir məntiqi yoxdur" deyə bəhs etdiyi gözə çarpır.
TELEFONUMUN “HACKLƏNMƏSİ”, CAMALA OLANLAR MƏSƏLƏSİNDƏ MÜHÜM ROL OYNADI
Abdülaziz CNN-ə verdiyi açıqlamada, Qaşıqçı ilə aralarındakı söhbətlərdə Səudiyyə rəhbərliyinin məsul tutacaq bir daim fəaliyyətdə olan “online” gənclər hərəkatı planlaşdırmaya başladıqlarını bildirərək," Camal, Məhəmməd ibn Salmanın məsələ və problem olduğuna inanırdı və bu uşağın dayandırılması lazım olduğunu deyirdi” deyə qeyd edib.
Avqust ayında aralarındakı danışıqların təqib edildiyindən şübhələndiyini və 2 ay sonra Qaşıqçı-nın öldürüldüyünü qeyd edən Əbdüləziz, "Telefonumun “hacklənməsi”, Camala olanlar məsələsində mühüm rol oynadı. Həqiqətən çox təəssüf edirəm. Bu günah, məni öldürür" deyə söyləyib.
ƏBDÜLƏZİZİ DƏ SƏFİRLİYƏ DƏVƏT EDİBLƏR
Əbdüləziz may ayında Səudiyyə rəhbərliyinin bəzi nümayəndələrinin onunla Monrealda görüşdüklərini və vəliəhd şahzadənin Əbdüləzizin Twitter paylaşmalarını təqib etdiyini bildirdiklərini qeyd edib.
Sözügedən şəxslərlə aralarında keçən danışığı qeydə alan Əbdüləziz, bu rəsmilərdən birinin ona, "Sənə Məhəmməd bin Salmandan bir mesaj və təminat ilə gəlmişik" dediyini, bir başqasının da "Əgər Səud el-Kahtani sənin adını eşitsə, dərhal tanıyar və Məhəmməd bin Salman ilə bilavasitə tanış olarsan" deyə söylədiyini bildirib.
Səudiyyə rəsmilərinin bəzi sənədlər üçün ona Səudiyyə Ərəbistanının səfirliyinə getməsi lazım olduğunu söylədiyini qeyd edən Əbdüləziz, "Bunu Qaşıqçı-ya dedim. Mənə səfirliyə getməməyi və o adamlarla yalnız əhalinin sıx olduğu yerlərdə görüşməyimi məsləhət gördü” deyə bildirib.
Müxalifət.az