"Qəbələ" son dəqiqədə qələbəni əldən verdi
25-08-2018 20:52
Baxış sayı:
4636

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Muxalifet.az xəbər verir ki, matç 1:1 hesabı ilə bitib.
42-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə Təmkin Xəlilzadə hesabı açıb.
76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.